EN

"Formula-1"də komandaların sayı artırıla bilər

"Formula-1" üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artırıla bilər.

Demokrat.az xəbər verir ki, 2026-cı ildə çempionatda 11-ci komandanın debüt etməsi gözlənilir.

Söhbət avtoidmanda yaxşı tanınan Andretti ailəsinin təşəbbüsündən gedir. Dünya çempionu Mario Andrettinin oğlu Mayklın rəhbərlik etdiyi bu layihənin qatı düşməni olan çempionatın hazırkı sahibi "Liberty Media" şirkətinin başçısı Qreq Maffey bu ilin sonunda vəzifəsini tərk edəcək və yəqin ki, ailənin üzvləri qurumun digər məsul şəxsləri ilə dil tapa biliblər.

Deyilənlərə görə, yeni komanda ABŞ-nin ən böyük avtomobil istehsalçısı "General Motors"un dəstəyi ilə debüt edəcək.

Gələn həftəsonu baş tutacaq Qətər Qran-prisi günlərində (29 noyabr - 1 dekabr) bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir, deyilənlərə görə, komandanın əsas maliyyə tərəfdaşları məhz Dohanı təmsil edirlər.

Chosen
11
1
demokrat.az

2Sources