EN

Bu qidaları soyuducuda saxlamaq olmaz

Soyuducuda saxlanmamalı olan beş ümumi məhsulun adı açıqlanıb.

Demokrat.az xəbər verir ki, Kataloniya Açıq Universitetinin (UOC) Tibb Elmləri Departamentinin professoru, sağlamlıq və qidalanma üzrə ekspert Amparo Qameronun sözlərinə görə, bu məhsulların soyuducuda saxlanması bəzi hallarda onların dadını və teksturasını dəyişə, hətta xarab olmasını sürətləndirə bilər.

Bəs bunlar əsasən hansı məhsullardır?

Sarımsaq

 Sarımsağı saxlamaq üçün ən yaxşı yer 15 dərəcə istilikdə olan anbar otağıdır. Soyuducuda saxlanıldıqda sarımsaq bir neçə gün ərzində cücərə və acı dad ala bilər. Saxlanma müddətini artırmaq üçün sarımsağı yağa qoyaraq, yaxud donduraraq saxlamaq mümkündür.

Çörək

Çörəyin soyuducuda saxlanması onun dad və  keyfiyyətinin itirilməsinə səbəb olur. Çörəyi  otaq temperaturunda, kağız paketdə və ya təmiz mətbəx dəsmalına bükülmüş halda saxlamaq lazımdır.

Şokolad

Soyuq hava şokoladın hamar və kremli quruluşuna təsir edir. Temperaturun kəskin dəyişməsi şokoladın teksturasını dəyişir. Şokoladı sərin, işıqdan uzaq yerdə, orijinal qablaşdırmasında və ya hermetik qabda saxlamaq məsləhətdir.

Banan

Bananlar vaxtından əvvəl soyuducuya qoyulduqda sərtləşə və dadını itirə bilər.

Qəhvə

Həm dənəvər, həm də üyüdülmüş qəhvə nəm çəkir və öz qoxu və dadını itirir. Qəhvəni saxlamaq üçün ən yaxşı yer hermetik qapalı qab və quru, sərin məkandır.

Jalə
Demokrat.az
Chosen
16
demokrat.az

1Sources