EN

"Sizin sayənizdə COP29 Azerbaijanda milli QHT sektorunun ictimai iştirakçılığı yüksək səviyyədə təmin olundu" - Ramil İsgəndərli ilə MÜSAHİBƏ

Bu dəfəki müsahibəmizdə QHT.az olaraq, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli ilə bir araya gəldik. Onunla, COP29 çərçivəsində Azərbaycan QHT-lərinin fəal iştirakını, iqlim ədaləti və iqtisadi məsələlər üzrə müzakirələrin əhəmiyyətini müzakirə etdik. Azərbaycan QHT-lərinin bu tədbirdə necə aktiv rol aldığını və ölkəmizin beynəlxalq iqlim siyasətindəki yerini necə gücləndirdiyini öyrəndik.


QHT.az: 21 noyabrda COP29 Azərbaycan Blue Zone-da Angola Pavilyonunda keçirilən Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) təşkil etdiyi "2025 İqtisadi Ədalət üçün Səfərbərlik" COP30 yolunda Məşvərətçi görüşü haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

Ramil İskəndərli: Bəli, bu tədbir çox önəmli idi, çünki iqlim dəyişikliyi və digər qlobal böhranların arxasında duran əsas amil iqtisadi ədalətsizlikdir. 2025-ci il, beynəlxalq aləm üçün böyük bir fürsət təqdim edir və bu müzakirələrdə iqtisadi ədalət məsələsi gündəmin önündədir. Görüşdə iştirak edənlər – PACJA rəhbəri Dr. Mitika Mvenda, Şəhla Nağıyeva və mən - birgə səfərbərlik və bu məsələnin COP30-da önə çıxarılmasının vacibliyini vurğuladıq.

İqlim, biomüxtəliflik, sağlamlıq, pandemiyalar və digər qlobal böhranlar bir-birinə bağlıdır və onların həlli üçün yalnız iqlim siyasətləri deyil, eyni zamanda iqtisadi ədalətin təmin olunması da müzakirə olunmalıdır. Vətəndaş cəmiyyəti olaraq biz birgə səfərbərlik ilə bu məsələlərin həllinə töhfə verməyə çalışırıq. Müzakirələr Nayrobi və Nyu-Yorkda davam edib və biz bu müzakirələri müxtəlif platformalarda genişləndirmək istəyirik.

 

QHT.az: Görüşdə Azərbaycan QHT-lərindən kimlər iştirak edirdi və bu tədbir necə əhəmiyyət kəsb edir?

Ramil İskəndərli: Bu görüşdə Azərbaycan QHT-lərindən Rahilə Mehdiyeva və Ali Farzaliyev də iştirak edirdi. Bu tədbir, xüsusilə bizim ölkəmizin də iqlim və iqtisadi məsələlərdə aktiv rol alması baxımından çox əhəmiyyətlidir. Milli QHT Forumunun təşəbbüsü ilə təşkil olunan COP29 QHT Koalisiyası bu cür beynəlxalq tədbirlərdə Azərbaycan üçün mühüm təmsilçilik təmin edir. Bu görüşdə Azərbaycandan olan nümayəndələr, beynəlxalq müzakirələrə öz töhfələrini verərək, ölkəmizin iqtisadi ədalət məsələsində daha fəal olmasını təmin etməyə çalışırlar.

 

QHT.az: Bu tədbirlərdə Azərbaycan QHT-lərinin ictimai iştirakçılığının necə təmin olunduğu barədə fikirləriniz nələrdir?

Ramil İskəndərli: COP29 zamanı həm Blue Zone (Mavi zona), həm də Green Zone (Yaşıl Zone-da), eləcədə COP məkanından kənar tədbirlərdə aktiv iştirakçılıq nümunəsi göstərmiş hər bir Azərbaycan QHT-sinə Azərbaycan Milli QHT Forumu adından öz dərin minnətdarlığımı bildirirəm! Sizin sayənizdə COP29 Azerbaijanda milli QHT sektorunun ictimai iştirakçılığı yüksək səviyyədə təmin olundu!

 

QHT.az: Bizimlə dəyərli vaxtınızı paylaşaraq verdiyiniz ətraflı və faydalı müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk.

 

Pərvanə Fərhadqızı

QHT.az

 

Chosen
24
qht.az

1Sources