EN

UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Apress.az-ın məlumatına görə, O, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, noyabrın 26-da “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Chosen
39
30
apress.az

10Sources