EN

Maşın almaq istəyənləri sevindirən açıqlama: Qiymətlər UCUZLAŞDI

Son dövrlərdə Azərbaycana idxal edilən avtomobillərin qiymətlərində artım olduğu deyilir. Gömrük məlumatlarına əsasən, ötən ilin 10 ayında 81 206 ədəd avtomobil idxal edildiyi halda, bu ilin 10 ayında 74 723 ədəd avtomobil idxal olunub. Bu müddətdə idxal edilən avtomobillərin sayı 6 483 ədəd azalıb. Sayın azalması qiymətlərə də təsir edib. İdxal edilən avtomobillərin qiymətində bahalaşma müşahidə olunur.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev danışıb. O, idxal edilən avtomobillərin qiymətlərindəki dəyişikliklərlə bağlı ən son məlumatları  açıqlayıb:

“Azərbaycana idxal olunan avtomobillərdə bahalaşma yoxdur. Əksinə, avtomobillər endirimli qiymətlərlə təklif edilir. Bunun da səbəbi il sonu olmasıdır. Sadəcə olaraq, Azərbaycana idxal olunan avtomobillərin dəyərinə baxanda fərqi aydın şəkildə görmək mümkündür. Artıq ölkəmizə 7-8 min manatlıq, sınıq-salxaq, hər parçası bir tərəfdən quraşdırılan maşınlar gəlmir”.

E.Əliyev bildirib ki, Azərbaycana idxal olunan avtomobillərin dəyəri bahadır:

“Bu səbəbdən ölkəyə gətirilən avtomobillərin qiymətində bahalaşmanın olduğu deyilir. Avtomobillərin dəyərində bahalaşma var. Lakin ümumi nəzər salsaq, avtomobillərin bazar dəyərində heç bir artım yoxdur. İlin sonlarına yaxınlaşdığımız üçün rəsmi distribütorlarda endirimlər müşahidə edirik. Müxtəlif markaların qiymətlərində 3-5 min manat civarında endirimlər mövcuddur. Endirim kampaniyaları əsasən, dekabr ayı üçün nəzərdə tutulur”.

Chosen
45
1
konkret.az

2Sources