EN

Netanyahu və Putinin həbsinə dair order: Onların fərqi nədir?..

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderləri ilə bağlı vəziyyət fərqlidir...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, İsrail Fələstin HƏMAS-ın hücumunun qurbanı olub, Rusiya isə beynəlxalq hüququ pozaraq başqa ölkəyə hücum edib.

"Mən Benyamin Netanyahunun Putinlə müqayisəsini bir daha vurğulamaq istərdim: bu tamamilə fərqli vəziyyətdir. Çünki Rusiyada İsraildən fərqli olaraq, işləyən ədliyyə sistemi yoxdur", deyə Vaqner hökumətdə mətbuat konfransında çıxışı zamanı bildirib.

2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın "uşaqların Ukraynadan qanunsuz çıxarılması" işi ilə bağlı həbs qərarı verib. Rusiya hakimiyyəti BCM-ni tanımadıqlarını və onu qeyri-legitim hesab etdiklərini bildiriblər.

2024-cü il noyabrın 21-də Beynəlxalq Ədalət Məhkəməsi Benyamin Netanyahu və İsrailin işdən çıxarılan müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Qərar 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törədilmiş "insanlığa qarşı cinayətlər və müharibə cinayətləri" ilə əlaqədar qəbul edilib. İsrail ICC-ni antisemitizmdə ittiham edib.

Poliqon.info

Chosen
26
50
poliqon.info

10Sources