EN

Rusiyada yeni səfərbərlik başlayır? – Kreml AÇIQLAMA VERDİ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərbərliklə bağlı yayılan xəbərlərə reaksiya verib.

NOCOMMENT.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Kremlin sözçüsü hələlik səfərbərliyin müzakirə obyekti olmadığını deyib.

“Rusiya vətəndaşları Müdafiə Nazirliyi ilə fəal şəkildə müqavilə imzalayırlar. Müqavilələrin ödənilməsi üçün əhəmiyyətli proqramlar var, bu, çox ciddi puldur”, – Peskov bildirib.

O qeyd edib ki, hər gün demək olar, yüzlərlə insan müqavilə bağlayır və onların hamısı lazımi hazırlıq kurslarını bitirir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri ABŞ-nin icazəsindən sonra Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirib. Buna cavab olaraq Moskva “Oreşnik” raket sistemindən istifadə edib. Rusiya prezidenti Vladimir Putin bu sistemin unikal olduğunu və dünyada analoqunun olmadığını vurğulayıb.

Chosen
8
1
nocomment.az

2Sources