EN

Yadplanetlilərə göndərilən Azərbaycan MAHNISI

Yadplanetlilər haqqında mövzular zaman-zaman gündəm olub. Onlar barəsində həmişə danışılır. Ancaq yadplanetlilər kimdir, məqsədi və məramı nədən ibarətdir - bu haqda heç kim elmi izah verə bilmir.

Yadplanetliləin varlığına inananlar da var, bu iddiaları inkar edənlər də... Başqa planetdə yaşayan varlıqlar bizdən nələrilə fərqlidirlər? Bu sualın da birmənalı cavabı yoxdur.

Modern.az saytı yadplanetlilər və Azərbaycan mədəni irsinə dair az bilinən maraqlı bir faktı araşdırıb. 

47 il əvvəl başqa planetdə də canlıların yaşadığını düşünən məşhur astronom, “Kosmos” kitabının müəllifi Karl Saqan "Voyacer qızıl plastinkası" adını verdiyi disk vasitəsi ilə Yer kürəsi haqqında məlumatları yadplanetlilərə göndərmək fikrinə düşüb. Bu disk 1977-ci ildə dünyadan 23 milyard km uzağa göndərilən “Voyacer -1” kosmik gəmisinə yerləşdirilib. Bu gəmi Günəş sistemindən kənarda olan qalaktikanı müşahidə etmək və orada həyatın olub-olmadığını öyrənmək məqsədilə indiyədək Yerdən ən uzaq məsafəyə göndərilən və hələ də səyahətini davam etdirən yeganə kosmik sistemdir. 


Karl Saqan və komandası başqa planetlərdə həyatın olub-olmadığını öyrənməklə yanaşı, orada yaşayan digər canlılara da Yer kürəsindəki həyat haqqında məlumat vermək üçün planetimiz haqqında məlumatlar toplusunu qızıl diskə yazmaq qərarına gəlib. Diskdəki materiallar elə hazırlanıb ki, bu plastinkanı dinlədikdən sonra Yer kürəsi ilə bağlı heç nə biliməyən naməlum varlıqlar konkret fikir sahibi olacaq, dünyadakı yaşamın miniatürünü görəcəkdir.


Bu prinsiplə hazırlanan diski Nuhun gəmisinin müasir versiyası da adlandırmaq olar. Plastinkada olan səs yazıları bizim dünyamızdakı meşə, vulkan, okean, həmçinin quşlar və yırtıcı heyvanların səsi ilə yanaşı, ürək döyüntümüzü, gülüşümüzü, duyğularımızı - bir sözlə yaşadığımız planetə və bizə aid olan hər bir səsi milyardlarla kilometr uzaqlıqda olan canlılara göndərmək üçün toplu halına gətirib. 


Bəşəriyyətin yarandığı dövrdən etibarən insan mədəniyyət sayəsində yadda qalıb və əsas inkişaf prespektivi də mədəniyyətin inkişafı ilə ölçülüb. Minilliklər keçsə də, müxtəlif xalqaları, cəmiyyəti ifadə edə biləcək ən yaxşı vasitə hələ də mədəniyyətdir. Bu səbəbdən milyon il sonra belə başqa planetlərdə yaşayan canlıların dinləyə biləcəyi bu plastinka həm də bizim, dünyanın ən zəngin mədəniyyətinin nümunələrini özündə birləşdirib. 27 musiqi qeydinin olduğu bu diskdə Motsart, Sebastian Bax, Bethoven kimi Avropa mədəniyyətinin öncüləri ilə yanaşı, Azərbaycana məxsus bir musiqi - “Ugam” da yer alıb. 


"Ugam" Azərbaycan xalq mahnısıdır. Mahnının adı türklər üçün xüsusi önəm daşıyan Tanrı dağının dağ silsilələrindən biri olan Ugamın adı ilə bağlıdır. Bəzi mənbələr göstərir ki, yerli əhali Azərbaycanın şimal-qərb bölgəsində yerləşən dağ silsiləsini, xüsusilə Böyük Qafqaz dağlarının bir hissəsini belə adlanırıb. 

Mahnın tarixi çox qədimdir, ilk ifa edənin kimliyi haqqında dəqiq məlumat yoxdur. Mahnı dillərdən-dillərə keçərək yaşadılıb və xalq musiqisi kimi qəbul olunub. 


Tənqidçilər “Ugam”ın melodiyasını təbiətlə bağlı saf və təsirli duyğular oyadan ən yaxşı musiqilərdən hesab edirlər.  

Chosen
16
2
modern.az

3Sources