EN

2024 TR - YÖS/2 imtanında maksimum balı yığan azərbaycanlıdır: Gülcan Niftəli

2024 TR - YÖS/2 imtanında maksimum balı yığan azərbaycanlıdır: Gülcan Niftəli

Türkiyədə təşkil olunan və dünya üzrə 9 813 şagirdin iştirak etdiyi 2024 TR - YÖS/2 imtahanında azərbaycanlı şagird Gülcan Niftəli 1-ci yeri tutub. O, 500 tam bal toplayıb.Gülcan Niftəli Bakı Türk Liseyinin 11-ci sinif şagirdidir.Bu barədə Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu bildirib.Qeyd edək ki, Gülcan Niftəli ASAN xidmət-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızıdır."Bunu yazarkən keçirdiyim xoş hissləri, yaşadığım qüruru sözlərlə ifadə etmək mümkünsüzdür. İllərlə çəkilən zəhmət hər zaman bəhrə verir. Necə ki, Gülcan qızım bunu ən yüksək səviyyədə sübut etdi.Bu rəqabətdə, təxminən 10 min nəfər arasında 1-ci olmaq… İnşallah arzuladığın kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına da inamım sonsuzdur”, - deyə Elnur Niftəliyev sevincini sosial şəbəkədə bölüşüb.

Chosen
22
afn.az

1Sources