EN

Mən Co Baydenin əriyəm, bu, mənim ən çox fəxr etdiyim tituldur – ABŞ prezidenti

Bu yaxınlarda 82 yaşı tamam olan ABŞ prezidenti Co Bayden Ağ Evdə dövlət ziyafətində çıxışı zamanı yenə də nitqini nizamlaya bilməyib.

O, özünü birinci xanım “Jil Baydenin əri” kimi təqdim etmək əvəzinə, “Mən Co Baydenin əriyəm. Bu, mənim ən çox fəxr etdiyim tituldur”- deyib.

Son zamanlar Bayden tez-tez çıxışlarına özünü “Jill Biden-in əri” kimi təqdim etməklə başlayır ki, bu da onun imza ifadəsinə çevrilib. Daha əvvəl bildirilmişdi ki, Bayden ictimaiyyət qarşısında səhvən Ukrayna lideri Vladimir Zelenskinin yerinə, Rusiya prezidenti Vladimir Putinə “söz vermişdi”.

//Samir Qurbanov, Editor.az

Chosen
18
editor.az

1Sources