EN

Nikol Paşinyanın Bakıya yeni “təklif”ləri var

Azərbaycan və Ermənistan arasındakı sərhəd adi bir xəritə xəttideyil. O, tarix, münaqişələr və gələcəyə ümidlərlə dolu mürəkkəbbir düyündür. Delimitasiya danışıqları bu mürəkkəbliyi hər görüşdəyenidən üzə çıxarır, hər bəyanat isə gerçəklik və gözləntilərarasında balans axtarışıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları da buhəssas dinamikanın bir parçasıdır. O, Avropa müşahidəçilərinindelimitasiya olunmuş sərhəd hissələrindən çıxarılmasını təklifetdi. Bu addım zahirən Ermənistan və Azərbaycanın birbaşa dialoqqurmağa hazır olduğunu göstərsə də, mahiyyəti daha mürəkkəbdir.Avropa müşahidəçiləri indiki şəraitdə gərginliyi cilovlayan buferrolunu oynayır. Onların çıxarılması sərhəd boyunca etibarsızlığıartırmaqla yanaşı, delimitasiya prosesini də təhlükəyə atabilər.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimaiTeleviziyasına müsahibə verib. Müsahibənin əsas məqamlarını təqdimedirik:

1. "Danışıqlar prosesini və əldə olunmuş müəyyən irəliləyişinəzərə alaraq, biz belə bir ehtimaldan çıxış edirik ki, Azərbaycandanışıqlar prosesini qəsdən dalana salmaq istəmir. Biz mövcudnarahatlıqları müxtəlif dəlil və arqumentlər təqdim etməklə ardıcılşəkildə aradan qaldırmağa çalışırıq".

2. "Ermənistan və Azərbaycan sülh sazişindən əlavə, qarşıdakıəsrlər ərzində bir-birinə hansı prinsiplər əsasında yanaşaraqyaşayacaqlarını müəyyən edən strateji razılaşmaimzalamalıdırlar".

3. "Strateji razılaşma o deməkdir ki, Ermənistan və Azərbaycanyalnız de-yure deyil, həm də de-fakto bütün səviyyələrdə qəbuletməlidir ki, Sovet Azərbaycanı öz ərazisi ilə müstəqilAzərbaycandır, Sovet Ermənistanı isə öz ərazisi ilə müstəqilErmənistandır. Onlar bu reallığı təsdiqləməli, siyasi və digərmənalarda bir-birlərini rahat buraxmalı, çox ehtiyatlakommunikasiya və iqtisadi əlaqələr qurmağa başlamalıdırlar".

4. "Ermənistanın Müstəqillik Bəyannaməsində Ermənistanınmövcudluğunu mümkünsüz edən mühitimizlə uzunmüddətli və dərinmünaqişələri nəzərdə tutan bir məntiq var".

5. "Təsəvvür edin, biz yeni müstəqil dövlət qururuq və onunəsasına Azərbaycan və Türkiyə ilə münaqişələr məntiqini qoyuruq. Buyolla burada dövlət necə qurula bilər?"

6. "Hazırda biz hansısa bir yerdə bəzi şəxslərin “QərbiAzərbaycan” terminindən istifadə etməsinə görə nə qədər çətin anlaryaşayırıq, doğrudur? Amma biz “Qərbi Ermənistan” deyəndə düşünmürükki, bu da bəzi şəxsləri qıcıqlandıra bilər? Yenə deyəcəklər ki, bu,növbəti xəyanətdir, amma mən bu gün elə bir statusdakı adamam ki,xalqımla danışmaq və səbəb-nəticə əlaqələrini, zəncirlərinigöstərmək məcburiyyətindəyəm. Əgər bunu etməsəm, ölkəmizibilərəkdən dövlətçiliyini itirməyə aparmış olaram. Buna icazə verəbilmərəm”.

7. "Növbəti görüşdə Ermənistan və Azərbaycan dövlətkomissiyaları dövlət sərhədinin delimitasiyası və demarkasiyasıüçün yeni sərhəd hissəsini seçəcəklər. Həmçinin, COP29-un yekunlarıüzrə proseslərin davam edəcəyi ilə bağlı anlayış var".

8. Erməni tərəfi delimitasiya olunan sərhəd hissələrindən Avropamüşahidəçilərinin çıxarılmasını təklif edib.

9. Ona ictimaiyyətə müraciət edərək Konstitusiyayadəyişikliklərin edilməsi və Müstəqillik Bəyannaməsinə istinadınKonstitusiyadan çıxarılmasını təklif edib-etməyəcəyi barədə sualverildikdə, Ermənistan hökumətinin rəhbəri cavab verib:

“Gəlin, bu məsələləri bir-biri ilə bağlamayaq, çünki bizimKonstitusiya Məhkəməmiz artıq bildirib ki, bizim MüstəqillikBəyannaməmiz yalnız Konstitusiyada sözbəsöz ifadə olunan hissələrləhüquqi qüvvəyə malikdir. Mənim qeyd etdiyim hissələrdən heç biriKonstitusiyada sözbəsöz ifadə olunmayıb”.

10. Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan İctimaiTeleviziyasına verdiyi müsahibədə, delimitasiya olunmuşAzərbaycan-Ermənistan sərhəd hissələrindən Avropa İttifaqımüşahidəçilərinin geri çəkilməsini təklif etdiklərini bildirib. O,həmçinin, qeyd edib ki, sərhədlərin demarkasiyası üzrəkomissiyaların son görüşündən sonra tərəflər növbəti delimitasiyaişləri üçün qarşılıqlı təkliflər təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sərhədlərindelimitasiyası üzrə Dövlət Komissiyasının 10-cu iclası 1 noyabr2024-cü il tarixində keçirilib

Nikol Paşinyanın müsaşibəsində açıqladığı məqamlara, onlarınməzmununa, mahiyyətinə, səbəbləri ilə mümkün nəticələrinə nəzərsalaq.

Azərbaycan və Ermənistan arasındakı sərhəd adi bir xəritə xəttideyil. O, tarix, münaqişələr və gələcəyə ümidlərlə dolu mürəkkəbbir düyündür. Delimitasiya danışıqları bu mürəkkəbliyi hər görüşdəyenidən üzə çıxarır, hər bəyanat isə gerçəklik və gözləntilərarasında balans axtarışı sayıla bilər.

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları da buhəssas dinamikanın bir parçasıdır. O, Avropa müşahidəçilərinindelimitasiya olunmuş sərhəd hissələrindən çıxarılmasını təklifetdi. Bu addım rəsmi İrəvanın zahirən Ermənistan və Azərbaycanınbirbaşa dialoq qurmağa hazır olduğunu göstərsə də, mahiyyətifərqli, daha mürəkkəbdir. Avropa müşahidəçiləri indiki şəraitdəgərginliyi cilovlayan bufer rolunu oynamırlar. Tam əksinə,gərgindiyi daha da artırırlar.

İrəvanın Qərbdən asılı olduğunu nəzərə alsaq, Avropa İttifaqınınMüahidə Missiyasının (EUMA), daha doğrusu, Qərbin Ermənistanlaşərti dövlət sərhədimiz boyunca yerləşdirdiyi agentura, casus vəkəşfiyyat şəbəkəsini asanlıqla "ixtisar" edəcəyin düşünməksadəlövhlükdür.

Paşinyanın bəyanatında xüsusi diqqət çəkən isə “stratejianlaşma” fikridir. Bu termin maraqlı səslənsə də, aydın məzmunuyoxdur. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi,sərhədlər və Zəngəzur dəhlizi kimi həll edilməmiş məsələlərdurarkən, belə bir anlaşma yalnız uzaq perspektivdə real görünür.Əslində, bu ifadə daha çox gələcəkə ünvanlanan illüziya, siyasimesajdır, nəinki konkret plan.

Unutmayaq ki, sərhəd yalnız münaqişə nöqtəsi deyil, həm də ortaqsabitliyin mümkün simvoludur. Əgər rəsmi İrəvan saxta tarixi vərevanşist mənəvi ehkamlarını aşaraq, bu sərhədi düşmənçilik deyil,əməkdaşlıq üçün bir keçid kimi görə bilsə, Cənubi Qafqazda sülhreallığa çevrilə bilər.

Paşinyanın durumu təhlükəli balans üzərində yeriməyə bənzəyir.Hər addımı ya yeni imkanlar açacaq, ya da mövcud gərginliyidərinləşdirəcək.

Azərbaycan-Ermənistan sərhədi təkcə coğrafi xətt deyil. Tarixinağrıları, gərginliklər və ümidlər bu sərhədi mürəkkəb bir siyasitapmacaya çevirib. Nikol Paşinyanın irəli sürdüyü "stratejianlaşma" təklifi və Avropa müşahidəçilərinin çıxarılması kimiideyalar isə münaqişənin həllinə aid yeni yanaşmalar kimi təqdimolunur, lakin bu təkliflər real təhlükələr və çətinliklərləüzləşir.

Avropa müşahidəçilərinin sərhəddən çıxarılması təklifi hər ikitərəfin birbaşa dialoqa hazır olduğunu göstərmək istəyindən irəligəlsə də, əslində, gərginliyin artmasına səbəb ola bilər.

Paşinyanın təqdim etdiyi "strateji anlaşma" ideyası maraqlı vəambisiyalı görünsə də, hələ ki, konkret məzmundan məhrumdur.Qarabağın statusu, sərhədlərin tanınması və iqtisadi əlaqələr kimiməsələlər hələ də həllini tapmamış vəziyyətdədir. Azərbaycan tərəfiQarabağ da daxil olmaqla öz ərazi bütövlüyünün tanınmasını əsasşərt kimi irəli sürür. Lakin Paşinyan bu mövzuda birbaşa açıqlamaverməkdən çəkinir ki, bu da etimadsızlıq atmosferini daha dadərinləşdirir.

Paşinyanın "strateji anlaşma" cəhdləri Ermənistan daxilində dəciddi müqavimətlə qarşılanır. Ermənistanda müxalifət butəşəbbüsləri güzəşt və milli maraqlara xəyanət kimi təqdim edir.Azərbaycanda isə hərbi qələbələrdən sonra cəmiyyət sülhmüqaviləsində konkret və sürətli nəticələr gözləyir. Eyni zamanda,Rusiya, Türkiyə, Avropa İttifaqı və ABŞ kimi xarici oyunçularıntəsiri bu prosesin mürəkkəbliyini artırır. Onların müxtəlifmaraqları Cənubi Qafqazı geopolitik mübarizə meydanına çevirir.

Sərhəd təkcə münaqişə nöqtəsi deyil, həm də əməkdaşlıq üçünpotensial bir keçiddir. İqtisadi dəhlizlərin açılması və qarşılıqlıticarətin inkişafı Ermənistan və Azərbaycan arasında uzunmüddətlisülhün əsasını qura bilər.

Paşinyanın təklifləri hələlik simvolik xarakter daşıyır və realirəliləyişdən çox ritorikaya bənzəyir. COP29 konfransından sonrakeçiriləcək danışıqlar tərəflərin konkret addımlar atmağa nədərəcədə hazır olduğunu göstərəcək. Sülh yalnız o halda mümkünolacaq ki, tarixdən dərs alınıb, gələcəyə doğru realist addımlaratılsın. Cənubi Qafqaz sabitlik və inkişaf bölgəsinə çevrilə bilər,lakin bu, siyasi iradə və strateji bacarıq tələb edir.

Ermənistanın Müstəqillik Bəyannaməsinə gəldikdə, bu sənəd daxiliziddiyyətlərin və xarici təzyiqlərin mənbəyinə çevrilib. "QərbiErmənistan" və "Dağlıq Qarabağ"la bağlı ifadələr həm beynəlxalqhüquqa ziddir, həm də qonşu dövlətlər, xüsusilə Azərbaycan vəTürkiyə ilə münasibətlərin normallaşmasına maneə yaradır. NikolPaşinyanın bu sənəddəki münaqişə məntiqinin regionda sabitliyə ziddolduğunu qəbul etməsi mühüm bir siyasi siqnaldır, lakin sənədinyenidən nəzərdən keçirilməsi cəmiyyətdə böyük narazılıq doğurabilər.

Ermənistan cəmiyyətində sözügedən sənəd "tarixi ədalətin rəmzi"olaraq qəbul edilir. Ona edilən hər hansı dəyişiklik millimaraqlara xəyanət kimi qiymətləndirilə və geniş etirazlara səbəbola bilər. Müxalifətin Paşinyanı artıq "xəyanətkar" adlandırması buistiqamətdəki riskləri artırır. Hüquqi qeyri-müəyyənlik isəvəziyyəti daha da qəlizləşdirir: Konstitusiya Məhkəməsi yalnız bəzimüddəaların hüquqi qüvvəsini təsdiqləsə də, sənədin ümumi məzmunusiyasi irsin bir hissəsi kimi qalır və müxtəlif təfsirlərə yolaçır.

Xarici müstəvidə sənəddəki aqressiv, Azərbaycana qarşı əraziiddialarının yer aldığı müddəalar Ermənistanın ərazi iddialarınınmövcudluğu kimi qiymətləndirilir. Bu, xüsusilə Azərbaycan vəTürkiyə ilə münasibətlərin normallaşdırılması üçün ciddi maneədir.Sənədin dəyişdirilməsi bu ölkələrlə dialoq üçün müsbət siqnal olabilər, lakin daxildəki ziddiyyətlər və siyasi təzyiqlər belə biraddımı çətinləşdirir.

Bəyannamədəki mübahisəli ifadələrin çıxarılması Ermənistanınregionda sülhə və sabitliyə sadiqliyini nümayiş etdirə bilər. Buaddım qonşularla münasibətlərin normallaşdırılması prosesinigücləndirər, eyni zamanda, beynəlxalq ictimaiyyətin dəstəyiniartırardı. Lakin belə bir dəyişiklik cəmiyyətin etimadını qazanmaqüçün şəffaf dövlət strategiyası və ictimai müzakirələr tələb edir.Ekspertlərin və vətəndaş cəmiyyətinin iştirakı ilə keçiriləcəkmüzakirələr gərginliyi azaltmağa və dəyişikliklərin zəruriliyiniizah etməyə kömək edə bilər.

COP29 konfransı sonrasında keçiriləcək danışıqlar, təbii ki,regionda sabitliyə doğru real addımların mümkün olub-olmadığınımüəyyən edəcək. Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzərindəişləməsi, həmçinin, sərhədlərin delimitasiyası ilə bağlı razılıqəldə etməsi üçün aydın yol xəritəsinə ehtiyac var. Bu prosesdəbeynəlxalq vasitəçilər, xüsusilə Avropa İttifaqı və Rusiya,qarşılıqlı etimad mexanizmlərinin yaradılmasında həlledici roloynaya bilər.

Nikol Paşinyan üçün əsas problem ermənilərin uydurma mənəvi vəsiyasi narrativlərinin saxta, puç və mənasız olduğunu eləermənilərin özlərinə anlada bilmək, "mental dəyərlər" sayılansaxtakarlıqlarla qismən barışmaq keçmişin simvolikasını qorumaq vəgələcəyə yönəlmiş strateji qərarlar qəbul etmək arasında tarazlıqtapmaqdır. Sülh və əməkdaşlıq üçün nəqliyyat dəhlizlərininaçılması, iqtisadi əlaqələrin inkişafı kimi məsələlərdə konkretaddımlar atılmalıdır. Nəqliyyat infrastrukturunun bərpası tərəflərarasında iqtisadi asılılığı gücləndirə, yeni eskalasiyalarınqarşısını ala bilər.

Müstəqillik Bəyannaməsinin yenidən nəzərdən keçirilməsiErmənistan üçün çətin, lakin zəruri bir qərardır. Bu addım yalnızdaxili konsensus və beynəlxalq dəstək əsasında həyata keçiriləbilər. Nikol Paşinyan bu mürəkkəb tapmacada ən doğru parçalarıbirləşdirərək Ermənistanın gələcəyini müəyyən edə biləcəkmi? Bu,yalnız onun siyasi iradəsindən deyil, həm də cəmiyyətindəyişikliklərə hazır olub-olmamasından asılıdır.

Nikol Paşinyanın beynəlxalq məhkəmə iddialarından imtina etməyəhazır olduğunu bəyan etməsi gözlənilməz, lakin strateji biraltmətnə malikdir. Bu addım, bir tərəfdən, Ermənistanın kompromisəmeylliliyini göstərə bilər, digər tərəfdən isə daxili və xaricirisklər yaradır.

Ermənistan son illərdə beynəlxalq məhkəmələrdən Azərbaycanüzərində təzyiq vasitəsi kimi fəal istifadə edib. "İnsanhüquqlarının pozulması", "mədəni irsin məhv edilməsi" və "hərbicinayətlər" kimi əsassız, yalan və absurd iddialar İrəvanındanışıqlardakı mövqeyini gücləndirən alətlər idi.

Paşinyan bu iddialardan imtina edərsə, ölkə müxalifətinin onu"xəyanət"də suçlayaraq, hücuma keçəcəyi şübhəsizdir.

Lakin beynəlxalq iddialardan qismən imtina, xüsusən dəqarşılıqlı zəmanətlərlə müşayiət olunarsa, yeni mərhələninbaşlanğıcı ola bilər. Məsələn, Ermənistan Qarabağdakı erməniəhalisinin hüquqları və mədəni irs obyektlərinin qorunması iləbağlı təminat əldə etmək üçün bu addımı danışıqlarda bir alət kimiistifadə edə bilər. Digər tərəfdən, Azərbaycan bu imtinanı öz ərazibütövlüyünün tam tanınmasını tələb etmək üçün istifadə edəbilər.

Azərbaycan üçün Ermənistanın iddialardan imtinası böyük birdiplomatik qələbə ola bilər. Bakı, ehtimal ki, sərt şərtlər irəlisürərək, Ermənistanın ərazi iddialarından tam imtina etməsini vəAzərbaycanla sərhədlərin tanınmasını tələb edəcək.

Paşinyan həmin dönəmdə nə edəcək? Çünki Ermənistan cəmiyyətindəbu addımlar "milli maraqlara təhdid" kimi qəbul oluna bilər.

Eyni zamanda, iddialardan imtina beynəlxalq ictimaiyyəttərəfindən müsbət qarşılanaraq, Ermənistanın sülh prosesinəsadiqliyini nümayiş etdirmək üçün fürsət yaradar. Bu, İrəvan üçünregional sabitliyə dair güclü mesaj vermək şansı ola bilər.

İddialardan imtina tərəflər arasında etimad mühitininformalaşmasına töhfə verə bilər. Gərginliyin azalması beynəlxalqvasitəçilər, xüsusilə Aİ və Rusiyanın prosesdə daha fəal rolalmasını təmin edər. Eyni zamanda, bu addım diqqəti əsas məsələlərəyönəltmək imkanı yaradır: sərhədlərin delimitasiyası, nəqliyyatdəhlizlərinin açılması və iqtisadi əməkdaşlıq.

Beynəlxalq məhkəmə proseslərinin dayandırılması tərəfləriqarşılıqlı ittihamlardan konkret həll yollarına keçməyə sövq edəbilər. Bu yanaşma, həmçinin Cənubi Qafqazda uzunmüddətli sabitliyintəmin edilməsi üçün əsas platforma yaradar.

Nikol Paşinyanın iddialardan imtina niyyəti Ermənistan üçünkritik bir sınaqdır. Bu, İrəvan üçün daxili konsensus və cəsarətlisiyasi qərarlar tələb edir. Bakı isə bu addımı öz mövqeyinigücləndirmək üçün istifadə edə bilər. Hər iki tərəf münaqişəninəsas problemlərinə yönəlməli və bu qərarı region üçün sabitlik vətərəqqiyə xidmət edən uzunmüddətli strategiyaya çevirməlidir.

Əgər proses düzgün idarə olunarsa, bu, yalnız münaqişənisakitləşdirmək deyil, həm də Cənubi Qafqazda yeni inkişaf erasınınbaşlanğıcı ola bilər. Paşinyan bu mürəkkəb tapmacanı həll edərəkregionda sülh üçün əsas yarada biləcəklərmi?

Cavab onun siyasi iradəsi və xalqında gələcəyə inam yaratmaqistəyindədir.

Bu qədər bəsit...

Chosen
12
4
az.trend.az

5Sources