EN

Bu universitetin təmirinə 790 min manat sərf olunacaq

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək.   Manset.az Trend-ə istinadən xəbə verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb. Qurum sözügedən işlərin icrasını "NN Constraction" MMC-yə həvalə edib və onunla dəyəri 791.264,3 AZN (791 min 264 manat 3 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "NN Constraction" MMC-nin qanuni təmsilçisi Məcidzadə Niyaməddin Cəlil oğludur.

Chosen
4
14
manset.az

10Sources