EN

Çində geoloqlar 82,8 milyard dollar dəyərində nəhəng qızıl yataqları aşkar ediblər

Hunan Əyalətinin Geoloji Təhlükələrin Tədqiqi və Monitorinqi İnstitutu nəzdində Hunan Vilayət Geologiya İnstitutu yeraltı Vanqu qızıl yatağı aşkar edib. Bu barədə Sinxua məlumat yayıb.

Əsas sahənin kəşfiyyatı zamanı ümumilikdə 300,2 ton qızıl ehtiyatı aşkar edilib.

40 ildən çox təcrübəyə malik kəşfiyyat mütəxəssisi Çen Rulinin sözlərinə görə, bəzi ərazilərdə qızıl yatağının altında 1500 metrdən çox dərinliyi kəşf etmək üçün yeni nəzəriyyələr və texnologiyalardan istifadə edilib.

Bundan əlavə, 2000 metr dərinlikdə də qızıl ehtiyatları aşkar edilib.

Kəşfiyyatın nəticələri və minerallaşma məlumatları ilə birlikdə ekspert qrupu Vanqu qızıl yatağının altında 3000 metrdən çox dərinlikdə potensial qızıl ehtiyatlarının 1000 tondan çox olacağını ehtimal edirlər. Onları dəyəri hazırkı qızıl qiyməti ilə 600 mlrd. yuan, təxminən 82,8 milyard dollar hesab edilir.

Əziz Mustafa

Chosen
76
oxumeni.az

1Sources