Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 900 milyon 833 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 247 milyon 173 min dollar və ya 37.8% çoxdur.
Hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 31.7% artaraq 1.4 milyon ton olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Çexiyanın Azərbaycandan neft idxalının dəyəri 653.7 milyon dollar, həcmi isə 1.1 milyon ton olub.