EN

Bu maşınların qiyməti bir gecədə kəskin düşə bilər - SƏBƏB

Reallıqdır ki, ildən ilə avtomobillərin qiyməti düşür. Bütün ölkələrdə belə olsa da, Azərbaycanda tələbə uyğun olaraq bəzi maşınların qiyməti "kəllə-çarxdadır". Bu gün üçün bu maşınlar məhz dizel və 92 oktanlı benzinlə işləyən avtomobillərdir. Bu maşınlar bugünkü gündə bazar dəyərindən qat-qat yuxarı qiymətə təklif olunur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Aİ95-lə işləyən və ya 92 oktanlı benzinə qarşı həssas olan maşınların qiyməti əsasən premium benzinin satış məbləğinə uyğun tənzimlənir. Məsələn, premium benzinin bahalaşması zamanı qiyməti 15,16 minə qədər düşən "Malibu", "Fusion" modelləri, premium ucuzlaşdıqdan sonra 22 minə qədər bahalaşıb.

Belə nəticəyə gəlmək olur ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda avtomobilin alıcılıq qabliyyətinə birbaşa yanacağın qiyməti təsir edir. Avtomobilin ili, funksionallığı, kosmetik vəziyyəti alıcı üçün ikinci planda gəlir. Məhz ekonomluq axtarışı alıcıları Aİ92 və ya dizellə işləyən avtomobillərə yönəldir.

Müasir dövrdə dizelə maraq azalmaqdadır. Çünki, elektrikli və ya hibrid maşınlar onlardan daha ekonomdur. Üstəlik bu maşınlar funksionallıq cəhətdən də müasir texnologiyalarla təchiz olunub. Dizelin səsi də alıcıların belə maşınlardan "qaçmasına" səbəb olur.

Məlum olduğu kimi, 2035-ci ilə qədər daxili yanma mühərrikli avtomobillərin istehsalının tam dayandırılması nəzərdə tutulur. Bu da dizel və benzin mühərrikli maşınların qiymətinə kəskin təsir edəcək. Xüsusilə, dizel avtomobillərin kəskin ucuzlaşacağına dair fərziyyələr var. Ekspertlər hesab edir ki, bir neçə il sonra bazarda alıcılar sadəcə premium benzin və elektriklə işləyən avtomobillər olacaq.

Azərbaycanda da yayılan şayələr dizelin qiymətinin dəyişəcəyi yönündədir. Bunun iddia olduğu dəfələrlə deyilsə də, həqiqət payını nəzərə alan sürücülər dizel mühərrikli maşınları dəyər-dəyməz qiymətə satışa çıxarmaqdadır. Xüsusilə, bir çox alıcı 2025-ci ilin yanvarına qədər bu maşınları əldən çıxarmağa çalışırlar.

Chosen
12
19
day.az

10Sources