EN

Rada deputatı Dmitruk Zelenskini yalançılıqda ittiham etdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk, Dnepropetrovskdəki hərbi sənaye obyektinə endirilən "Oreshnik" zərbəsindən sonra Radanın iclasının keçirilməməsi ilə bağlı Vladimir Zelenskinin tənqidlərini yalan adlandırıb.

Dmitruk bildirib ki, Zelenski iclasın baş tutmaması barədə göstərişi şəxsən özü verib. "O, Radanın işləməməsi barədə göstəriş verib ki, axşam müraciətində özünü qəhrəman, başqalarını isə xəyanətkar kimi təqdim etsin. Hələ də ona inanan varmı?!" - deyə deputat özünün Telegram kanalında yazıb.

Xatırladaq ki, Zelenski daha əvvəl hava həyəcanı siqnalı səslənmədiyi müddətdə bütün dövlət qurumlarının fəaliyyətini davam etdirməli olduğunu bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə Ukrayna liderinin bu cür cəsarət nümayişini "sehrli cəsarət tozları" ilə əlaqələndirərək, belə tozların Rada üzvlərində olmadığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources