EN

İqlim dəyişikliyindən əziyyət çəkən ölkə olaraq COP29-dan müsbət nəticə gözləyirik - Sedrik Hakizimana

COP29-un müsbət nəticə verəcəyini və bir çox ölkələrin probleminə həqiqətən də kömək edəcəyini düşünürəm.

Bu fikirləri “İki sahil”ə açıqlamasında COP29 çərçivəsində ölkəmizdə qonaq olan Burundidən gələn iştirakçı Sedrik Hakizimana söyləyib.

O, iqlim dəyişikliyindən əziyyət çəkən ölkənin nümayəndəsi kimi müzakirələrdə iştirak etməyin onun üçün çox vacib olduğunu bildirib. 

Paytaxtımızı çox bəyəndiyini dilə gətirən qonaq insanların çox mehriban və səmimi olduğunu da qeyd etməyi unutmayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
20
ikisahil.az

1Sources