EN

Ali məhkəmə ulduz futbolçu ilə bağlı qərar verdi: Azadlığa çıxacaq?

Braziliya Ali Məhkəməsi ulduz futbolçu, milli komandanın sabiq üzvü Robinyonun həbsdən azad edilməsinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Ge Globo" məlumat yayıb.

Robinyonun vəkili xarici məhkəmənin hökmü əsasında həbsin qanuniliyinə etiraz etsə də, onun tələbi yerinə yetirilməyib. Braziliyanın Federal Ali Məhkəməsi səs çoxluğu ilə hökmü qüvvədə saxlayıb.

"Milan", "Real" və "Mançester Siti" kimi klubların sabiq hücumçusu İtaliyada qrup halında zorlama ittihamı ilə yerli məhkəmə tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib. Braziliyada həbs olunduqdan sonra 40 yaşlı Robinyo cəzasını San Paulodakı Tremembe həbsxanasında çəkir.

Chosen
18
publika.az

1Sources