EN

Samir Abasov bu oyunçunun da “Neftçi”dən ayrılmasına isti yanaşır

Azər Əliyevin “Neftçi”dən ayrılması gündəmə gəlib.

Samir Abasov ağ-qara forma ilə üçüncü mövsümünü keçirən müdafiəçinin xidəmtinə bir o qədər də maraq göstərmir.

Oktyabrın əvvəlində paytaxt təmsilçisinə dönən baş məşqçi 30 yaşlı arxa xətt oyunçusunu əsas heyətdə görmür. Çalışdırıcı müqavilə müddəti 2025-ci il iyunun 30-da bitəcək Əliyevlə qış fasiləsində yolların ayrılmasına tərəfdardır.

Bura gələnə qədər Rusiyada “Saxalin”, “Krılya Sovetov”, “Ufa” və “Tambov”un formasını geyinmiş Azər Canni De Byazinin dönəmində Azərbaycan yığmasına da cəlb edilib.

Ona münasibətdə Roman Qriqorçukla Samir Abasovun mövqeyi üst-üstə düşür. Ukraynalı «Neftçi»nin sükanı arxasında qalsaydı, Əliyevi yeni ilədək yola salacaqdı.

SPORTİNFO.AZ

Chosen
26
sportinfo.az

1Sources