EN

“Amerika nüfuzunu itirməkdədir” – Fərid Zəkəriyə

 

“Amerika artıq əvvəlki illərdəki güc və nüfuz mövqeyini itirməkdədir. Kim olursa olsun, bunun bərpası çox çətindir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin dünyada hazırkı mövqeyindən danışan beynəlxalq münasibətlər üzrə ekspert Fərid Zəkəriyə deyib.

Onun sözlərinə görə, ABŞ-nin beynəlxalq mövqeyi və diplomatik təsirinin prezident seçkilərindən sonra dəyişəcəyi gözlənilən idi.

“Donald Trampın prezidentliyi dünya səhnəsində ABŞ üçün böyük çətinliklər yaradacaq. Gələcəkdə beynəlxalq əlaqələrdə qeyri-sabitlik ola biləcəyi şübhəsizdir. Trampın prezidentliyinin son iki ilində ABŞ yalnız daxili deyil, xarici siyasət sahəsində də sarsıldı. Amerika artıq əvvəlki illərdəki güc və nüfuz mövqeyini itirməkdədir. Kim olursa olsun, bunun bərpası çox çətindir. Əgər hazırkı mövqeni sərgiləməyə prezident olaraq bir neçə il daha davam edərsə, yaxın perspektivdə xarici siyasətdə təcrid və izolyasiya olunmuş bir ABŞ görəcəyik. Beynəlxalq münasibətlərdəki gücünü qorumaq və qlobal liderliyini bərpa etmək üçün daha təcrübəli və daha mütərəqqi lider lazım idi”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
15
yenicag.az

1Sources