Tayvan silahlı qüvvələri son sutka ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 7 gəmisi və 25 təyyarəsini aşkar edib.
Redaktor.az xəbər verir ki, bu barədə Tayvan Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, təyyarələrdən 13-ü Tayvan boğazının orta xəttini keçərək Tayvanın cənub-qərb və cənub-şərq hava hücumundan müdafiə identifikasiya zonalarına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, donanma gəmiləri və sahil raket sistemlərindən istifadə edib.
Tayvan 1949-cu ildən, Çan Kay-şekin (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin Çin Vətəndaş Müharibəsində məğlub olmasından sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.
Türkan İSGƏNDƏRLİ