EN

Azərbaycanın bu rayonu silkələndi

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.***Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Metbuat.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Chosen
14
metbuat.az

1Sources