EN

Dəbin qurbanı olanlar: “Cəmiyyətimiz onlarla doludur” – Yeniseydən SƏRT TƏNQİD

 

“Dəblərin dəyərləri sıradan çıxardığı bir dövrdə yaşayırıq”.

 

Sfera.az bildirir ki, bunu tanınmış yazar Aqşin Yenisey deyib. O qeyd edib ki, dəb təcrübə olunan, dəyər isə təcrübə olunmuş bir şeydir:

 

“Dəb dəyişkəndir, dəyər sabitdir. Dəb xaosdur, dəyər nizamdır. İnsanlıq dəbsiz keçinə bilər, amma dəyərsiz məhv olar. Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq. Bizim insanların mənəviyyatını korlayan, dəblə dəyərin fərqini bilməmələri, özlərini dəblərin əzilmişi kimi hiss etməmək üçün öz dəyərlərindən könüllü imtina etmələridir. Sodom və Komorada hamı dəblə yaşayırdı, dəyərlə yaşayan bircə nəfər qalmışdı. Tanrı bu iki şəhəri o vaxt yer üzündən sildi ki, o bircə nəfər də dəbə yenildi”.

 

A.Yenisey vurğulayıb ki, güclü insan dəbi dəyərinə uyğunlaşdırandır:

 

“Dəyərini dəbə uyğunlaşdırmaq zəiflik, acizlik əlamətdir. Cəmiyyətimiz özünü dəblə dəyərləndirən insanlarla doludur. Bu bizim dünyagörüşümüzün darlığıyla bağlıdır. Unutmayaq ki, sovet imperiyasını Qərbin cins şalvarları dağıtdı. Niyə? Çünki imperiyanın özünün dünyagörüşü dar idi”.

 

Türkan

Chosen
21
sfera.az

1Sources