ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Alexandra Bell nüvə sınaqları ilə tez-tez gündəmdə olan Şimali Koreyanın 7-ci nüvə sınağına hazırlaşdığını və bunun üçün yalnız siyasi qərar gözlədiyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni nüvə sınağının regional gərginliyi ciddi şəkildə artıracağına dair xəbərdarlıq edən Bell \"Belə bir sınaq bütün dünya üçün təhlükəsizlik riski yaradacaq\" deyib.
\"Hər raket sınağı, nüvə gücü nümayişi Şimalın qeyri-qanuni kütləvi qırğın silahları və onun ballistik raket proqramlarını inkişaf etdirməyə sadiq olduğunun göstəricisidir” - deyə Bell Pxenyan administrasiyasının bütün son raket sınaqlarının Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu xatırladıb.
Potensial hücumlara qarşı müdafiəyə daha yaxşı hazır olmaq üçün Cənubi Koreya-ABŞ ittifaqının genişləndirilməsinin vacibliyini vurğulayan Bell Koreya yarımadasını nüvə silahından tamamilə təmizləməyi hədəflədiklərini bir daha vurğulayıb.
Bell xəbərdarlıq edib ki, Şimal Cənuba qarşı hər hansı nüvə hücumuna başlayarsa, Pxenyan sürətli, böyük və qətiyyətli cavabla üzləşəcək.
Şimali Koreya oktyabrın 31-də Yaponiya dənizinə (Şərq dənizi) atdığı raketlər arasında ən uzun uçuş müddətinə sahib olduğu düşünülən yeni tipli Hwasong-19 qitələrarası ballistik raketi buraxıb.
Mikayıl