EN

Trampın planı- Ukrayna müharibəsini bu cür bitirmək istəyir

 Donald Tramp Ukraynada müharibənin həlli üçün keçmiş Milli Kəşfiyyat İdarəsinin rəhbəri Richard Grenelli xüsusi nümayəndə təyin etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.

Grenell Trampın əvvəlki prezidentliyi dövründə qısa müddət ərzində Milli Kəşfiyyat İdarəsinin rəhbəri olmuş və daha sonra bu vəzifədən imtina etmişdi. O, Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi çərçivəsində "avtonom zonalar" yaradılmasını təklif etmiş və Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxmışdı.

Grenellin dəstəkçiləri onun uzun müddət Avropada diplomat kimi fəaliyyət göstərdiyini və Avropa məsələlərində dərin biliklərə malik olduğunu vurğulayırlar. 2018-2020-ci illər ərzində o, ABŞ-ın Almaniyadakı səfiri və 2019-2021-ci illər arasında isə Serbiya və Kosovo arasında danışıqlar üzrə xüsusi nümayəndə olmuşdu.

Chosen
17
musavat.com

1Sources