EN

Ədalət Veridiyev: “Oreşnik” adlanan bu raketin sınaq buraxılışları hələ davam edəcək...

Rusiya Ukraynaya qarşı “Oreşnik” qitələrarası ballistik raketdən istifadə edib...

Hərbi-ekspert: “Rusiyadan daha əvvələr də dəfələrlə müxtəlif səviyyələrdə bildirmişdilər ki, istənilən aqressiv hücuma, o cümlədən Rusiya ərazilərinə zərbələrə qarşı onlar müəyyən güzgü effektli cavab verəcəklər”.

“Hər bir halda OMMAX yəni, 2.5 - 3 kilometr saniyədə surətlə, həm də kifayət qədər yüksək hündürlükdə uçan raketin vurulması asan məsələ deyil. Bunu vurmaqdan ötrü hazırda Ukrayna ərazisində silah mövcud deyil”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Rusiya Ukraynaya qarşı “Oreşnik” qitələrarası ballistik raketdən istifadə etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya qarşı “Oreşnik” qitələrarası ballistik raketdən istifadə edib və bu hücum Rusiya prezideti Vladimir Putin tərəfindən Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazilərinə zərbə endirməyə razılıq verən Qərb ölkələrinə cavab olaraq dəyərləndirilib. Həmçinin Rusiya prezidenti iddia edib ki, Avropadakı Amerika elementləri də daxil olmaqla, mövcud raketdən müdafiə sistemləri “Oreşnik” kimi raketlərin qarşısını ala bilməyəcək.

Bəs, Putinin bu iddiası nə qədər doğrudur və “Oreşnik” qitələrarası ballistik raketinin imkanlarını necə xarakterizə etmək olar?

Ukrayna-Rusiya müharibəsində istədiyinə olunan raketləri Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: ““Oreşnik” adlanan bu silahın seriya istehsalına hələ başlanılmayıb və böyük ehtimalla raketin sınaq buraxılışları davam edəcək”.

Bu raketin sınaq mərhələsində olduğunu bə ilk dəfə istifadə olunduğunu qeyd edən ekspert Poliqon-a bildirib ki, nüvə və qeyri-nüvə başlıqları daşımağa qadir olan bu silahlara kinetik sursat da deyilir:

“Ukraynanın Dnepr şəhərinin Rusiya tərəfindən qitələrarası ballistik raket zərbə endirməsi xəbəri kifayət qədər böyük sensasiya yaratdı. Çünki indiyə qədər qitələrarası ballistik raketin döyüş əməliyyatlarında tətbiqinə dair məlumatlar mövcud deyildi və bu ilk dəfə baş verdi. Bu qərar ABŞ və onun müttəfiqləri tərəfindən Ukrayna ərazisindən Rusiyaya raket zərbələrinin endirilməsinə icazə verilməsindən sonra alındı. Çünki Rusiya tərəfinin bu qərarı rahatlıqla və səssizcə qarşılayacağı gözlənilən deyildi. Rusiyadan daha əvvələr də dəfələrlə müxtəlif səviyyələrdə bildirmişdilər ki, istənilən aqressiv hücuma, o cümlədən Rusiya ərazilərinə zərbələrə qarşı onlar müəyyən güzgü effektli cavab verəcəklər.

Əvvəllər, RS-26 raketindən, kinetik sursatlardan Ukrayna ərzinə atılmasına dair məlumatlar olsa da, bu günə qədər qitələrarası raketlərdən heç müharibədə istifadə edilməyib və Rusiya ilk dəfə olaraq belə bir raketi döyüş zonasında sınaqdan keçirdi. Həm də “Oreşnik” adlanan bu silahın seriya istehsalına hələ başlanılmayıb və böyük ehtimalla raketin sınaq buraxılışları davam edəcək. Buna görə də demək olar ki, səs sürəti ilə uçan bu raketdən Rusiyada sadəcə bir nəçə ədəd mövcuddur. “Oreşnik”in seriya istehsalınln olmamasını Rusiya rəhbərliyi də təsdiqlədi.

Açığı bu günə qədər “Oreşnik” adlı raketin nə hazırlanması, nə sınaqları, nə də tətbiqi barədə açıq mənbələrdə heç bir məlumat mövcud deyildi. Bu da dünya ictimaiyyətini, bu sahədə çalışan mütəxəssisləri kifayət qədər düşündürdü. Çünki, dınaq buraxılışı olsa belə, onlar qitələrarası ballistik raketin ilk istifadəsi ilə qəfil yaxalandılar

“Oreşnik” nədir? Nə vaxt hazırlandı və bir raket neçə vaşlıq daşıya bilər? Bu suallar hamı kimi məni də düşündürdü. Mütəxəssislər bunun RS-26 Ruber bazasında yaradılan eksperiment orta mənzilli bir raket olduğunu desələr də, Rusiya rəhbərliyi bu raketin modernləşmə olmadığını, tamamilə yeni və müasir bir silah sistemi olduğunu bəyan edib. Bütün bu deyilənlərin nə qədər həqiqət olduğunu da bilmirik.

Ədalət Verdiyev: “1000 km bu raketlər üçün ən minimum uçuş məsafəsi olduğundan, onun 800-850 km məsafəyə tətbiq edilməsi də müəyyən suallar yaradır.”.

Hər bir halda OMMAX yəni, 2.5 - 3 kilometr saniyədə surətlə, həm də kifayət qədər yüksək hündürlükdə uçan raketin vurulması asan məsələ deyil. Bunu vurmaqdan ötrü hazırda Ukrayna ərazisində silah mövcud deyil. Ümumiyyətlə, dünyada qitələrarası ballistik raketin vurulması üçün yalnız THAAD raket komplekslərinin belə bir imkana malik olduğunu deyirlər. Lakin o da öz imkanlarını heç bir halda hələ indiyə qədər təsdiqləməyib. Çünki döyüş zonalarında uzaq mənzilli qitələrarası ballistik raketlərdən heç vaxt istifadə olunmayıb. Bir tərəfdən isə THAAD raket zenit kompleksləri Ukraynaya verilməyib.

Əgər Rusiya prezidentinin sözlərinə istinad etsək, o bu raketlərin 1000 ilə 5000 km arasında fəaliyyət göstərə bilən orta mənzilli raket olduğunu deyib. Lakin 1000 km bu raketlər üçün ən minimum uçuş məsafəsi olduğundan onun 800-850 km məsafəyə tətbiq edilməsi də müəyyən suallar yaradır.

Ədalət Verdiyev: “Görüntülər onu deməyə əsas verir ki, burada döyüş başlıqlarının partlayış effekti gözləniləndən aşağı olub”.

Həmin raketlərin Ukrayna ərazisində parçalanan başlıqlara malik olmasına aid görüntülər onu deməyə əsas verir ki, bu raketlər həqiqətən də, 6 bloku özündə daşıyıb. Onların partlayışları aşkar şəkildə görünür. Bu raketlər ilk dəfə istifadə olunması ilə bərabər həm də qeyri-nüvə başlıqları daşıyıblar. Buna kinetik sursat da deyilir. Lakin görüntülər onu deməyə əsas verir ki, burada döyüş başlıqlarının partlayış effekti gözləniləndən aşağı olub. Məhz buna görə başlıqların kinetik sursat olduğuna dair ehtimallar böyükdür və yəqin ki, yeni başlıqlarla sınaqlar hələ davam edəcək.

Hər bir halda ABŞ prezidentinin hakimiyyətinin son həftələrində Ukrayna ərazisindən Rusiyaya zərbələr endirməsinə dair verdiyi qərar Ukraynadakı müharibəsinin miqyasını və orada istifadə olunan silahların növlərini daha da genişləndirəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
30
50
poliqon.info

10Sources