EN

İran Hərbi Dəniz Qüvvələrinə yeni sualtı qayıqlar qoşulacaq

İran Hərbi Dəniz Qüvvələri bir sıra yeni yerli sualtı qayıqları təhvil almağa hazırlaşır.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani məlumat verib.

O, mətbuat konfransında çıxışında Hərbi Dəniz Qüvvələrinin öz gəmilərini yeniləmək və sualtı donanmasının imkanlarını artırmaq üçün planlar hazırladığını bildirib.

"Hərbi Dəniz Qüvvələri hazırda bir sıra yeni sualtı qayıqlar istehsal edir və bu gəmilər tezliklə istifadəyə veriləcək. Bütün sahələrdə tələbləri ödəmək üçün İranın dəniz donanmalarını gücləndirmək planları var. Həmçinin İran Hərbi Dəniz Qüvvələri elektron döyüş imkanlarını da artırıb. Düşmənlər nəzərə almalıdırlar ki, İran heç vaxt təcrid olunmayacaq", - deyə İrani qeyd edib.

Gülşən Şərif

Chosen
41
9
bakivaxti.az

10Sources