COP29 çərçivəsində təşkil olunan aksiyada bir sıra ölkələri təmsil edən ekoloji fəallar iştirakçı ölkələrdən iqlim maliyyəsinin həcminin trilyonlarla dollar həcmində artırılmasını tələb ediblər.
APA xəbər verir ki, aksiyada "Razılaşmanın olmaması əlverişsiz razılaşmadan daha yaxşıdır!), "Qlobal Şimal, ödə!, “Milyonlar yox, trilyonlar” və bir sıra digər şüarlar səsləndirib, plakatlar qaldırıblar.
Aksiya iştirakçıları eyni zamanda iştirakçı ölkələri yekun razılığın əldə olunmasını gecikdirməməyə çağırıblar.
Sonda aksiyanın qətnaməsi oxunub.