EN

Bakıda idman gimnastikası üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək

Bakı. Trend:

Bakıda kişi idman gimnastikası üzrə 29-cu, qadın idmangimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyikeçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə,yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar(2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) vəböyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrəgimnastlar mübarizə aparacaqlar.

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma,halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərinigöstərəcəklər.

Yarışlar noyabrın 25-26-da Milli Gimnastika Arenasında təşkilolunacaq.

Chosen
7
12
az.trend.az

10Sources