EN

Deputatdan Azərbaycanı “petrostate” kimi təqdim etməyə çalışanlara cavab

"Azərbaycanı qərəzli şəkildə "petrostate" kimi təqdim etməyə çalışanlar üçün daha bir bilgi: Bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faiz artıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib: "Həmin dövrdə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib. Külək elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 515,3 mln. kVt·st enerji istehsal edilib.
Hədəflər də ölçülə bilən və realdır. 2030-cu ildək Azərbaycanda ümumi enerji istehlakında yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz azaldılması nəzərdə tutulur. Son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
4
olaylar.az

9Sources