Rusiya qoşunları Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi yerdə məhv edib. Həmçinin hava hücumundan müdafiə sistemləri tərəfindən Fransa istehsalı olan 3 “Hammer” idarəolunan bomba, ABŞ istehsalı olan 8 HİMARS raketi və 59 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub”, – deyə məlumatda bildirilir.