EN

Azərbaycan-Ermənistan sərhədindən REPORTAJ – FOTOLAR

Vətən sərhəddən başlanır. Elə buna görədir ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və bununla bağlı atılan addımların gücləndirilməsi çox vacibdir.

Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Sərhəd Qoşunları Komandanlığının birləşmə və hərbi hissələrinə təşkil olunan mediaturda iştirak edərək sərhəd ərazilərində xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olduq.

Mediatur çərçivəsində əvvəlvə Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” Sərhəd Dəstəsində brifinq keçirilib. Brifinqdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti, eləcə də dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş tədbirlər barədə geniş məlumat verib.

DSCO bildirib ki, DSX Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədini 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir: “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir”.

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığda xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirildiyini söyləyən Araz Məmmədovun sözlərinə görə, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrlarının hazırlanır, bununla yanaşı digər təyin olunmuş təlim-tədris mərkəzlərində kurslar təşkil olunur.

General-leytenant A.Məmmədov vurğulayıb ki, Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hal-hazırki dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib.

Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilərək götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.

“Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılmış, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmış, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil etmişdir. Qeyd etmək istəyərəm ki, son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olmuş, tərəfimizdən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilmiş, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır”, – deyə DSX Sərhəd Qoşunlarının komandanı qeyd edib.

Sərhəd Qoşunlarının komandanı bildirib ki, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar xidməti vəzifələrini icra edərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu şəhid olmuşdur.

“Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlayan “DƏMİR YUMRUQ” döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak etmişdir. Xüsusi ilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi zamanı Аli Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilmişdir. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilmişdir. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunmuşdur”, – deyə A.Məmmədov söyləyib.

DSCO qeyd edib ki, 44 günlük Şanlı “Vətən Müharibəsi”ndə Sərhəd Qoşunlarının 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar: “Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra qəhrəmanlıq, xüsusi şücaət göstərdiklərinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirmiş bütün 1843 hərbi qulluqçular təltif olunmuş, onlardan 719 nəfər hərbi qulluqçumuz ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif olmuşlar”.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilib: “Vətən Müharibəsi”ndən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olmuş, sərhədçiləri xidməti uğurlara ruhlandırmışdır.

Azərbaycan xalqının Böyük Sərkərdəsi cənab İlham Əliyevin uzun illərdi apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlamışlar”.

Daha sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının fəaliyyətindən, döyüş yolundan və nailiyyətlərindən bəhs edən film nümayiş etdirildi.

DSCArdınca jurnalistlər “Şəmkir” Sərhəd Dəstəsi ərazisindəki şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi, ideoloji mərkəz, avtomobil və texnika parkı, idman zalı, tibb məntəqəsi və itlərin təlim şəhərciyi ilə tanış olub. İtlərin təlim şəhərciyində xüsusi təlim görmüş it verilən komandaları icra etdi.

Media nümayəndələri DSX Sərhəd Qoşunları Komandanlığının istifadsindəki AN/PVS-7 gecəgörmə cihazına, havadan kəşfiyyat və müşahidənin aparılması üçün istifadə olunan DJI şirkətinin “Mavic Air 2” dronuna, 7.62 mm-lik PKM pulemyotuna, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Yalquzaq” snayper tüfənginə, UAZ markalı avtomaşına quraşdırılmış ATKS-5023 uzun məsafəli PTZ tipli kameraya, eləcə də digər texnika, silah və avadanlıqlara baxış keçirdi.

Mediaturun davamında “Qazax” Əlahiddə Sərhəd Diviziyasına və Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində və şərti dövlət sərhədində dislokasiya olunan bölmələrə və sərhəd-döyüş məntəqələrinə yollandıq.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edildi, önünə güllər düzüldü. Daha sonra sərhədçilərin döyüş hazırlığı, döyüş növbətçiliyi, onların hərbi təchizatı, sosial-məişət şəraiti və kameralar vasitəsilə dövlət sərhədlərinə nəzarətin həyata keçirilməsi prosesi ilə tanış olduq.

DSCNəzarət prosesi barədə məlumat verən diviziya komandiri general-mayor Misir Əliyev bildirdi ki, Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsi ilə müşahidə olunur. Onun sözlərinə görə, “Qazax” Əlahiddə Sərhəd Diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir: “Bura Qazaxın yeni işğaldan azad olunan kəndləri də daxildir. Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin DSX rəisi xidməti otağından bu kameralar vasitəsi ilə nəzarət olunan ərazilərə baxa bilir”.

“Qazax” Əlahiddə Sərhəd Diviziyasının istifadəsindəki, K-215 daşınan tank əleyhinə raket kompleksi, 9K111 TƏİR kompleksi, SPQ-9 tank əleyhinə dəzgahlı qumbaraatanı, 14.5 mm-lik “İstiqlal” snayper tüfəngi, AQS-17 avtomatik qumbaraatanı, 60 mm-lik “Komando” minaatanı, yüskək performans, mühafizə və keçicilik qabiliyyətinə malik “Cobra” zirehli nəqliyyat vasitələri, habelə digər silah-texnika nümunələri ilə tanış olduq və onlar haqqında məlumatlar aldıq.

DSCSonra Azərbaycan və Gürcüstan sərhədində yerləşən “Babəkər” zastavasına getdik və burada şərti sərhəd pozucularının zərərsizləşdirilməsi əməliyyatını müşahidə etdik.

“Babəkar” Sərhəd Zastavasında baş leytenant Qoşqar Behbudzadə sərhəd pozucularına qarşı görülən tədbirlər barəsində danışaraq bildirdi ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları istənilən hava şəraitində peşəkar şəxsi heyəti, gecəgörmə cihazları, dronlar, termal kameralar və son nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizə və müdafiəsini yerinə yetirir.

“Eyni zamanda, bizdə “KS 205” müşahidə sistemləri mövcuddur. Həmin sistemlər vasitəsilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur. Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik”, – deyə baş leytenant Q.Behbudzadə vurğuladı.

O qeyd etdi ki, sərhəd pozucularına qarşı odlu silahdan istifadə son zərurət vasitəsidir: “Onlarla mübarizə hüquq-mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd göstərdikdə, silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir”.

DSCArdınca Qazax rayonunun işğaldan azad olunan Xeyrimli kəndinə doğru hərəkət etdik və delimitasiya olunmuş Azərbaycan-Ermənistan sərhədi ilə tanış olduq.

Xatırladaq ki, Azərbaycan və Ermənitan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri bu ilin mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Media nümayəndələrinə açıqlama verən DSX Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bildirdi ki, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisindəki zastava müvəqqəti qurulub: “Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək”.

Növbəti ünvanımız DSX Sərhəd Qoşunları Komandanlığının “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən sərhəd-döyüş məntəqəsi oldu və burada xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı, döyüş növbətçiliyi və sosial-məişət şəraiti, eləcə də kamera vasitəsilə dövlət sərhədinə nəzarətin həyata keçirilməsi ilə tanış olduq.

Mediaturun sonunda xatirə fotoşəkli çəkdirildi.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

Chosen
18
poliqon.az

1Sources