EN

“Tramp 3 ölkəyə görə Ukraynanın çökməsinə imkan verməyəcək”- Aİ Şurasının prezidenti

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin, İran və Şimali Koreyaya görə Ukraynanın çökməsinə imkan verməyəcək.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının yeni prezidenti Antonio Kosta “Financial Times”a müsahibəsində bildirib.

Onun fikrincə, münaqişə artıq Avropa ilə Rusiya arasındakı qarşıdurma olmaqdan çıxıb və daha böyük anlam kəsb edir.

“Tramp Rusiyayanın qarşısında Avropanı görür. Amma bu, məsələnin bir tərəfidir. Başqa bir tərəfi onun Rusiyada Şimali Koreya əsgərlərini görməsidir ki, bu, tamamilə fərqli məqamdır. Üstəlik Rusiyanın əsas köməkçiləri Çin və İrandır. Düşünürəm ki, Tramp bunun Avropa ilə Rusiya arasındakı qarşıdurmadan daha önəmli bir şey olduğunu başa düşməyə bilməz”, – Kosta deyib.

Azpost.info

Chosen
21
azpost.info

1Sources