EN

COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR

"AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb".

Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib:

"Hazırda yalnız "Koroğlu" və "Sea Breeze" nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.

Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

 

 

Chosen
12
9
avtosfer.az

10Sources