EN

Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib

Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində velosiped turu keçirilib.

Yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

AVF-nin baş katibi Elnarə Musayeva ölkədə velosiped idman növünə dövlət səviyyəsində dəstəyin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qayğı nəticəsində bölgələrdə turlar təşkil edilir. Baş katib bildirib ki, velosiped sürmək insan həyatının sağlamlığı üçün çox önəmlidir.

Bakıdakı Türkiyə Təhsil Qurumlarının sədri Abdullah Yılmaz bu tədbirin COP29 çərçivəsində keçirilməsinin dünyaya bir mesaj olduğunu söyləyib. O, COP29 konfransına ev sahibliyinin Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olduğunu deyib.

Bakı Veloparkında şagirdlər arasında təşkil edilən yürüş üç turdan ibarət olub. Məktəblilər velosiped sürməklə yanaşı, davamlı nəqliyyat və karbon emissiyalarının azaldılması kimi mövzularda maarifləndiriliblər. Velosipedin əsl nəqliyyat vasitəsi və nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yolu olduğu göstərilib.

Qeyd edək ki, ötən ay niderlandlı velosipedçi Colen Simone Şol COP29 çərçivəsində Azərbaycana səyahət etmişdi.

Chosen
7
3
azpost.info

4Sources