Ötən ay Bakıda mənzil bazarında da qiymət artımları davam edib. Manset.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, oktyabr ayında fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.7 faiz artıb. Yaşayış binalarında və eləcə də, qeyri-yaşayış sahələrində əvvəlki aylara nisbətən qeydə artım alınıb. Qeyri-yaşayış sahələrində 1.4 faiz aylıq qiymət artımı müşahidə olunub. Yaşayış evlərində isə qiymətlər 0.6 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 2.8 %.