EN

Bu şəxs ABŞ-ın maliyyə naziri ola bilər

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin maliyyə naziri vəzifəsinə sərmayədar Skott Besantın namizədliyini irəli sürüb.

Tramp özünün Truth Social səhifəsində yazıb: “Skott geosiyasət və iqtisadiyyat sahələrində dünyanın aparıcı investorları və strateqlərindən biri kimi hörmətlə qarşılanır. ABŞ-ın hazırkı maliyyə naziri Janet Yellendir.

62 yaşlı Besant Key Square Group investisiya fonduna rəhbərlik edir, bundan əvvəl 2011-2015-ci illərdə Soros Fund Management-in baş investisiya direktoru vəzifəsində çalışıb.
Forbes jurnalının məlumatına görə, Tramp və Besant bir-birlərini uzun illərdir tanıyırlar, investor 2016-cı ildə Trampın andiçmə komitəsinə 1 milyon dollar bağışlayıb və 2024-cü il seçki kampaniyası zamanı ona fəal kömək edib, o cümlədən ona 3 milyon dollar ayırıb, Respublikaçıların mitinqlərində iştirak edib və. baş iqtisadi məsləhətçi kimi fəaliyyət göstərir.

Trampın özü əvvəllər onu “Uoll Stritdəki ən havalı adamlardan biri” adlandırmışdı.

Chosen
5
1
veteninfo.az

2Sources