EN

İsrailin hücumundan sonra Livanı 596 min insan tərk edib

Sentyabrın sonunda İsrailin şiə “Hizbullah” hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra ən azı 596 min qaçqın Livanı tərk edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin Livandakı humanitar məsələlərin əlaqələndirilməsi ofisi (OCHA) məlumat yayıb.

Onun sözlərinə görə, Suriyaya 557 min nəfər gedib ki, onlardan 37 faizi Livan, 63 faizi isə suriyalıdır. Daha 39 min livanlı İraqa gedib.

Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə irimiqyaslı hava zərbələri endirib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

Beləliklə, bir zamanlar Suriyadan qaçaraq Livana sığınmış yüz minlərlə suriyalı yenidən öz ölkələrinə qayıtmalı olub, ancaq öz ölkələrində də hələ əmin-amanlıq tam bərqərar edilməyib.

Musavat.com

Chosen
25
1
musavat.com

2Sources