EN

Yeni taksi sistemləri yaratmaq lazımdır - Ekspertdən TƏKLİF

"Taksi fəaliyyəti çox ciddi bir fəaliyyət növüdür və bununla yol hərəkət qaydalarını bilməyən, avtomobilin texniki göstəricilərindən anlamayan, etik qaydalara riayət etməyən və normal ünsiyyət qurmaqda çətinlik çəkən şəxslər məşğul ola bilməz".

Azia.az bloqu xəbər verir ki, bu fikirləri Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, etik qaydalara riayət etməyən və normal ünsiyyət qurmaqda çətinlik çəkən şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməz:

"Taksi sürücüləri ilə imtahanların aparılmasından sonra sürücülərin sayının kəskin azalacağı məlum məsələ idi. Keçən müsahibədə də bu mövzu ilə bağlı bildirmişdim ki, Azərbaycanda hər yerindən duran taksi fəaliyyəti ilə məşğul ola bilməz. Çünki taksi fəaliyyəti çox ciddi bir fəaliyyət növüdür və bununla yol hərəkət qaydalarını bilməyən, avtomobilin texniki göstəricilərindən anlamayan, etik qaydalara riayət etməyən və normal ünsiyyət qurmaqda çətinlik çəkən şəxslər məşğul ola bilməz. Təbii ki, bu sadaladığım şəxslərin imtahandan kəsilməsi gözlənilən idi. Artıq bu kəsilmələrin müsbət tərəflərinin yaranmasının şahidi oluruq. Lakin hazırda bu özlüyündə taksi çatışmazlığı problemi də yaratmaqda və indiki vaxtda taksi sifarişlərində gecikmələrin yaranmasına gətirib çıxartmaqdadır.

Düşünürəm ki, bu problemin həllini daha öncədən analiz edərək həll yollarına daha erkən nail olmaq olardı. İndiki vaxtda da məsələnin həlli yolunda işlər aparmaq mümkündür. Məsələn Bakı şəhərində gündəlik əhalinin neçə faizinin bu nəqliyyat növündən istifadə etdiyi barədə dolğun məlumatlar toplayıb, adam başına düşən taksi sayını hesablayaraq daha asan məsələnin çözümü yolunda istiqamətlənmək olar. Əlimizdə dəqiq datallar olandan sonra problemin həlli yolunda qərar vermək daha asan olacaq. Düşünürəm ki, həll yolu üçün dövlət və özəl birgə fəaliyyəti əsasında taksilərin sayını artırmaq və yeni taksi sistemlərini tətbiq etmək zəruriliyi mühüm önəm kəsb edir. Və daha sonra bu vahid mərkəzlərdən (dövlət,özəl) sistemli şəkildə idarə olunmalıdır ki, artım sonrasında nəqliyyatın hərəkətinə müəyyən qədər mane olmasının qarşısı alınsın".


Chosen
39
2
azia.az

10Sources