
Bu ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın diskektomiya (sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılması) əməliyyatı icra olunub.

E-saglam.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həyata keçirilib.
Xatırladaq ki, fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir.
E-saglam.az