EN

Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatdı

"Arabica" qəhvəsinin qiyməti 2011-ci ilin aprelindən bəri ən yüksək həddə çataraq, bir funt üçün 3 dollara qədər yüksəlib. 

Valyuta.az xəbər verir ki, bunu Nyu-York Fond Birjasındakı ticarət məlumatları sübut edir.

"Trading Economics" yazır ki, dünyanın aparıcı qəhvə istehsalçısı Braziliyanın məhsulu quraqlıq səbəbindən bir qədər potensialını itirib, məlumatlar bu mövsüm "Arabica" istehsalının azalmasına işarə edir.

Mütəxəssislər Braziliyada yağan son yağışlara baxmayaraq, torpağın rütubəti kifayət qədər qalmır. Bu, meyvələrin inkişafına mane olur. Buna görə də gələn ilin məhsulu təhlükə altına düşür. 

"StoneX" konsaltinq şirkətinin araşdırmasına görə, 2025/26-cı illərdə Braziliyanın qəhvə məhsulu əvvəlki dövrlə müqayisədə 0,4% azalaraq 65,6 milyon 60 kq çanta olacaq. "Arabica" məhsulunun illik müqayisədə 10,5% azalaraq 40 milyon kisəyə çatacağı gözlənilir.

Bu arada, qlobal qəhvə ixracı 2023/24 mövsümündə demək olar ki, 12% artıb.

Paşa Məmmədli
 

Chosen
17
valyuta.az

1Sources