EN

Müdafiə Nazirliyində müşavirə keçirildi - Zakir Həsənov göstərişlər verdi

Bakı. Trend:

Noyabrın 23-də Müdafiə Nazirliyində xidməti müşavirəkeçirilib.

Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantıformatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə)növləri komandanları, Əlahiddə Ümumqoşun Ordunun komandanı, MilliMüdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbibirlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizinmüstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanVətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısındaqoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb.

Xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədindəmövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlilolunub.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha dayüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüşnövbətçiliyinin düzgün təşkil olunması ilə bağlı müvafiqgöstərişlər verib.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi,peşəkarlığının artırılması məqsədilə müxtəlif qoşun növlərinin cəlbolunması ilə keçirilən təlimlərin, müsabiqə və yarışların, eləcə dəhərbi vəzifəlilərin təlim toplanışlarının intensivliyinin vəkeyfiyyətinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər,aparılan uğurlu islahatlar və onların müsbət nəticələri müşavirədədiqqətə çatdırılıb. Azərbaycan Ordusunun arsenalına yeni qəbuledilən silah, texnika və aviasiya vasitələrinin döyüşdə effektivtətbiqinin öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbətnəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik vəbacarıqlara malik, peşəkar heyətlə komplektləşdirilməsiistiqamətində görülən işlərlə bağlı aidiyyəti üzrə konkrettapşırıqlar verib.

Müşavirədə Azərbaycan Ordusunda hərbi intizam qaydalarına ciddiriayət edildiyi, mövcud intizam göstəricilərinin yüksək olduğudiqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunda şəxsi heyətin gündəlikməişət şəraitinin, hərbi kollektivlərdə qarşılıqlı münasibətlərin,komandir və rəis heyətinin tabelikdə olanlara qarşı diqqət vəqayğısının, həmçinin nizamnamə tələblərinə uyğun hərbi nəzakətqaydalarının real vəziyyətini öyrənmək məqsədi ilə mütəmadiyoxlamalar keçirilib və aşkar olunan neqativ hallara qarşı cidditədbirlər görülüb.

Daha sonra qış mövsümü tədbirlərinin gücləndirilməsinin,xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşənbölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğunsaxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin,mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsininzəruriliyi bildirilib.

Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsiheyətin xidməti və sosial-məişət şəraitinin daha dayaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davametdirilməsi ilə bağlı göstərişlər verib.

Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı müraciətivə digər çıxışlarından irəli gələn tapşırıqlara toxunan müdafiənaziri Ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyədəsaxlanması üçün dövlət başçısı tərəfindən bütün imkanlarınyaradıldığını qeyd edib.

Müdafiə naziri bildirib ki, Ali Baş Komandanın Ordumuzun gücünü,hərbçilərimizin peşəkarlığını, fədakarlığını bir daha qeyd etməsişəxsi heyəti daha da ruhlandırır və istənilən təxribatlara qarşıməsuliyyətimizi artırır.

General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsiheyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqətyetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkrettapşırıqlar qoyub.

Sonda müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə dəgündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddiriayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hərzaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlərverib.

Chosen
3
29
az.trend.az

10Sources