2024-cü il 29-cu Konfrans (COP29) çərçivəsində Azərbaycan QHT-lərinin iştirakı böyük əhəmiyyət kəsb etdi. Bu mötəbər tədbirə qatılan QHT ailəsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrlə bir araya gələrək qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində əhəmiyyətli müzakirələr apardılar.
QHT.az xəbər verir ki,tədbirdə Azərbaycanı təmsil edən müxtəlif qeyri-hökumət təşkilatlarının üzvləri, iqlim dəyişikliyinə qarşı mübarizədə təcrübə və fikirlərini bölüşdülər. QHT nümayəndələri, davamlı inkişafın təmin olunması üçün yerli səviyyədə həyata keçirilən təşəbbüsləri və layihələri təqdim edərək, iqlim problemləri ilə mübarizədə əhəmiyyətli töhfələr verdiklərini vurğuladılar.
"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova COP29-da iştiraklarını belə şərh etdi: “Bu tədbir bizə yerli təşəbbüsləri beynəlxalq platformada tanıtmaq və daha geniş bir şəbəkə qurmaq imkanı verdi. İqlim dəyişikliyi ilə mübarizədə hər birimizin rolu var və biz Azərbaycanın tərəfdaşı olduğumuzu bir daha təsdiq etdik”.
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva: "QHT olaraq, yalnız sosial məsələlərə deyil, eyni zamanda ekologiya və davamlı inkişaf sahələrində də aktiv olmağımız vacibdir. COP29 bizim bu yolda daha da irəliləməyimiz üçün mühüm bir addım oldu".
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev: “COP29 tədbiri ilə bağlı dünyanın diqqəti Azərbaycandadır və bu, Azərbaycanın nüfuzunun daha da artmasına səbəb olacaq. O, həmçinin qeyd edib ki, tədbir, eyni zamanda, dünyanı təhdid edən iqlim problemlərinin həlli yollarında müsbət nəticələrə səbəb olacaq”
Qeyd edək ki, COP29, yalnız beynəlxalq müzakirələr və qərarlarla məhdudlaşmadı. Azərbaycan QHT-ləri, gələcəkdə ekoloji cəhətdən davamlı və inklüziv cəmiyyətlərin qurulmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi məqsədilə daha çox əməkdaşlıq etməyi hədəfləyirlər.
Pərvanə Fərhadqızı
QHT.az