Hurriyyet.az xəbər verir ki, Pakistanın "Hayber Pahtunva" ştatında bomba partlayışı zamanı biri polis, biri mülki vətəndaş olmaqla 2 nəfər həlak olub, atışma zamanı 7 nəfər yaraqlı öldürülüb.
Noyabrın 21-də şiə müsəlmanları aparan avtomobillərə silahlı hücum zamanı 42 nəfər həlak olmuşdu.
Pakistanda 2024-cü ilin 10 ayı ərzində 951 insanın öldümü və 966 insanın yaralanması ilə nəticələnən 785 terror hücumu baş verib.
İslamabad bu hücumların Əfqanıstandakı "Pakistan Talibanı" (TTP) qruplaşması tərəfindən planlaşdırıldığını və idarə edildiyini bildirilir, Əfqanıstan isə bu ittihamları rədd edir.
Hürr Tərcüman