EN

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

23 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin buraxılış həcmi 50 000 000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili”bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitent: Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC

İstiqrazın növü və forması: Faizli, ipoteka istiqrazları

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2092008682

İstiqrazın sayı: 50 000 (ədəd)

İlkin ticarət qiyməti: 1 000 manat

Buraxılış həcmi:  50 000 000 manat

Hərrac qiyməti: 1000 manat

İllik gəlirlilik faizi: 3%

Reallaşdırılmış həcmi:  50 000 000 manat

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə): 50,000,000 manat

İnvestor sayı: 1

Sifarişlərin sayı:  1

Ödəmə Periodu: 180 gündən bir (6 aydan bir)

İstiqrazların tədavül müddəti:  8640 gün

İstiqrazların ödəmə tarixi:  20.07.2048

Anderrayter:  “Unicapital İ.Ş” ASC

Chosen
16
marja.az

1Sources