EN

ABŞ və Avropada Ukraynaya nüvə silahının verilməsini təklif edirlər...

Nyu York Tayms qəzetinin yazdığına görə, bəzi ABŞ və Avropa məmurları Ukraynaya nüvə silahının qaytarılması təklifi ilə çıxış edirlər...

Siyasi-şərhçi: “Qərbdən də belə bir fikirlərin səsləndirilməsi növbəti manipulyasiya və spekulyasiyadır”.

“Eyni zamanda anlamaq lazımdır ki, hamı Trampın inaqurasiyasıyasına hazırlaşır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov nüvə silahının Ukraynaya qaytarılması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Nyu York Tayms qəzetinin yazdığına görə, bəzi ABŞAvropa məmurları Ukraynaya nüvə silahının qaytarılması təklifi ilə çıxış edirlər. Onlar hesab edirlər ki, nüvə silahının Ukraynaya qaytarılması həm Rusiyanın durdurar, həm Avropanın təhlükəsizliyini təmin edər, həm də sülhü yaxınlaşdırar.

Bəs, belə bir ssenarinin hansı mümkün nəticələri ola bilər və doğrudanmı Ukraynanın nüvə silahına sahib olması münaqişədə balans yarada bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Bu nüvə silahını Kiyevə kim qaytaracaq? Nüvə silahlarını aparan Rusiya, yoxsa nüvə silahından imtinaya görə Ukraynaya təhlükəsizlik qarantı verən və bu qarantı təmin etməyən BritaniyaABŞ?”.

Rusiyanın işğalından sonra Böyük BritaniyaABŞ Ukraynanın təhlükəsizliyinin qarantları kimi açıq-aşkar Rusiyaya müharibə elan etmədiyini xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, onlar ancaq münaqişədə Ukraynanı dəstəkləyirlər və bu dəstək də yetərli deyil:

“Son vaxtlar nüvə silahı mövzusu spekulyaiv mövzuya çevrilib. Bu spekulyasiyanı Rusiya ortaya atdı və hələki dövriyyədən çıxmır. 2022-ci ilin fevralından bu yana nüvə silahı ilə bağlı spekulasiyalar, hətta manipulyasiyalar çox geniş ifadə edilir.

Düşünürəm ki, Qərbdən də belə bir fikirlərin səsləndirilməsi növbəti manipulyasiya və spekulyasiyadır. Eyni zamanda anlamaq lazımdır ki, hamı Trampın inaqurasiyasıyasına hazırlaşır. Həmçinin hamı gözlənilən ABŞ-Rusiya danışıqlarına hazırlaşır və öz mövqelərini gücləndirirlər. Yaxud da elə fikirlər irəli sürürlər ki, gələcək danışıqlarda həm ABŞ-nin, ya da Rusiyanın mövqeyini daha güclü göstərsin ki, geriyə addım atmağa bir yol olsun.

Nüvə silahının Ukraynaya verilməsi ilə bağlı Qərbdən, əsasən də ABŞ-dən səslənən fikirləri başa düşmək olar. Çünki hamı Budapeşt razılaşmasını yada salır. Məlumdur ki, o vaxt Ukrayna nüvə silahından imtina etdi və əvəzində Rusiya-ABŞ və Böyük Britaniya tərəfindən təhlükəsizlik zəmanəti aldı. Lakin Rusiya bu təhlükəsizliklə bağlı zəmanəti nəinki yerinə yetirmədi, hətta özü Ukrayna ərazilərini işğal etməyə cəhd edir. Amma Budapeşt memorandumunun digər iki zəmanətçisi və təminatçısı var. Bunlar ABŞ və Böyük Britaniyadır.

Fərhad Məmmədov: “Mən hesab edirəm ki, heç kim Ukraynaya nüvə silahı verməyəcək və bu şəkildə spekulyasiyaların ortalığa atılması sadəcə danışıqlar ərəfəsində Rusiyada narahatlıq yaratmaq və Moskvanı sülhə sövq eləmək məqsədi güdür”.

Amma biz Rusiyanın işğalından sonra Böyük BritaniyaABŞ Ukraynanın təhlükəsizliyinin qarantları kimi açıq-aşkar Rusiyaya müharibə elan etdiyini görmədik. Onlar ancaq Ukraynanı dəstəkləyirlər və görünən odur ki, lazımı qədər dəstəkləmirlər. Belə olan halda nüvə silahı ilə bu şəkildə spekulasiya mövzuları ortaya çıxır və bu da Budapeşt memorandumunun xatırlanmasına gətirib çıxarır. Əslində bu sözdən başqa bir şey deyil bə əməli tədbirlərdə real görünnməyən təklifdir.

Lap elə Budapeşt memorandumunun qarant məsələsi yerinə yetirilməməsi fonunda Ukrayna silahları geri tələb eləsin. Məsələ ondadır ki, bu nüvə silahını Kiyevə kim qaytaracaq? Nüvə silahlarını aparan Rusiya, yoxsa nüvə silahından imtinaya görə Ukraynaya təhlükəsizlik qarantı verən və bu qarantı təmin etməyən BritaniyaABŞ?

Mən hesab edirəm ki, heç kim Ukraynaya nüvə silahı verməyəcək və bu şəkildə spekulyasiyaların ortalığa atılması sadəcə danışıqlar ərəfəsində Rusiyada narahatlıq yaratmaq və Moskvanı sülhə sövq eləmək məqsədi güdür”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
26
poliqon.info

1Sources