EN

Aygün Əliyeva: Ölkəmiz COP29-a uğurla ev sahibliyi etdi

7NEWS.az xəbər verir ki, bu barədə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva öz sosial media hesabındakı paylaşımında deyib: "Ölkəmiz COP29-a uğurla ev sahibliyi etdi..Artıq yekuna sayılı saatlar qalıb…
Bu hərəkatda iştirak edən hər kəs missiyasının kiçik və ya böyük olmasından asılı olmayaq, tarixi günlərə şahidlik etdiyi üçün özünü xoşbəxt saymalıdır. Çünki hər birimiz vəzifə öhdəliyimizlə bərabər vicdan öhdəliyi daşıyırdıq… Vətənimizi təmsil etdiyimiz üçün ikiqat həyəcanlı idik… 
Bu məsuliyyəti mənimlə bölüşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bütün kollektivinə, Milli QHT Forumunun pavilyonunda bir-birindən maraqlı layihələr icra edən QHT rəhbərlərinə və bu marafonda fəal iştirakı ilə daim yanımızda olan vətəndaş cəmiyyəti təmsilçilərimizə sonsuz təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm. Bayrağımız hər zaman uca olsun"
Chosen
17
7news.az

1Sources