"2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olundu". "Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib: "Kəlbəcər yenidən qurulur. Şəhərdə ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaqq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Görülən və nəzərdə tutulan işlər bununla tamamlanmır. Dövlətimizin başçısının rayona səfərlərlərinə diqqət yetirsək işlərin miqyasının nə qədər böyük olduğunu görərik. Tezliklə Kəlbəcər şəhəri də sakinlərinə qovuşacaq, bu torpaqda yeni həyat başlayacaq".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31