Sabiq millət vəkili Səmayə Piriyeva vəfat edib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Milli Məclisinin I çağırış deputatı Səmayə Aslan qızı Piriyeva bu gün uzun sürən xəstəlikdən sonra 79 yaşında doğulduğu Hacıqabul şəhərində vəfat edib.
Qeyd edək ki, o, 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də tutub.