EN

Keçmiş icra başçısı - sabiq deputat vəfat edib

Sabirabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat Səmayə Piriyeva vəfat edib.

Modern.az-ın məlumatına görə, 79 yaşlı Səmayə Piriyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

S.Piriyeva 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

O, I çağırış Milli Məclisinin 94 saylı Hacıqabul–Salyan seçki dairəsindən deputatıolub.

Səmayə Aslan qızı Piriyeva 1945-ci il iyunun 17-də Hacıqabul rayonunun Qazıməmməd şəhərində anadan olub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.
1995-ci il noyabrın 12-də 94 saylı Hacıqabul-Salyan seçki dairəsindən deputat seçilib. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvü olub.

Yeni Azərbaycan Partiyasının üzvü idi.

Allah rəhmət eləsin.

Chosen
5
35
modern.az

10Sources